
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafı çərçivəsində yeni zavodların və istehsalat infrastrukturunun yaradılması nəzərdə tutulur.
Qanuntv.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Dövlət Proqramına əsasən, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində filiz hasilatının təşkili, zənginləşdirmə zavodunun tikintisi və dəmir filizi konsentratının nəqli üçün infrastrukturun yaradılması planlaşdırılır.
Bununla yanaşı, zənginləşdirmə zavodundan pellet istehsalı zavoduna dəmir filizi konsentratının nəqli məqsədilə 45 kilometr uzunluğunda boru kəmərinin çəkilməsi nəzərdə tutulur.
Layihələrin həyata keçirilməsi ölkədə dəmir filizinin hasilatı və emalı üzrə istehsal imkanlarının genişləndirilməsinə xidmət edəcək.





