
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “Chevrolet Malibu” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.





