
Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki nəfər dənizdə nəzarətsiz ərazidə batıb.
QanunTV.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.
Hazırda batdıqları ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.





