
Bakı şəhərinin Yasamal rayonunda keçirilən tədbir zamanı bədbəxt hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə Məhəmməd Naxçıvani küçəsində qeydə alınıb. Tədbir zamanı monitor aşıb.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, hadisə nəticəsində bir qadın ciddi xəsarət alıb.
Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.





