
Bu gün Azərbaycanda 2023-cü ildə Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin başlanmasından 3 il ötür.
QanunTV.az xəbər verir ki, 2023-cü il sentyabrın 19-da başlayan antiterror tədbirləri 23 saat 43 dəqiqə davam edib. Sentyabrın 20-də saat 13:00-da əldə olunan atəşkəs razılaşması ilə tədbirlər dayandırılıb.
Antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz silahlı birləşmələr tərk-silah edilib, separatçı rejim ləğv olunub.
Bununla da Azərbaycanın Qarabağ bölgəsində ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası təmin edilib.





