
Türkiyə Trendyol Super Liqasının 6-cı turunda “Trabzonspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib.
QanunTV.az xəbər verir ki, qarşılaşma “Trabzonspor”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qara dəniz təmsilçisinin heyətində Məhəmməd Salah het-trik edib. Komandanın digər qolunu isə Noa Saviolo vurub.
“Qalatasaray”ın futbolçusu Lesli Uqoçukvu qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu qələbədən sonra “Trabzonspor” xallarının sayını 10-a çatdıraraq matç çoxluğu ilə turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. Mövsümdə ilk məğlubiyyətini alan “Qalatasaray” isə 13 xalla kifayətlənib.
Qeyd edək ki, növbəti turda “Qalatasaray” öz meydanında “Kasımpaşa”nı qəbul edəcək. “Trabzonspor” isə səfərdə “Samsunspor”la qarşılaşacaq.




