
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonuna səfər ediblər.
Qanuntv.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Şamaxı şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin ucaldılmış abidəsini ziyarət ediblər.
Prezident İlham Əliyev və Mehriban Əliyeva abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Səfər çərçivəsində Şamaxı rayonunda həyata keçirilən layihələr və görülən işlərlə bağlı da məlumatların təqdim olunacağı gözlənilir.





