
Bərdədə 35 həftəlik hamilə qadının doğuş prosesi xəstəxananın həyətində başlayıb.
Qanuntv.az xəbər verir ki, hadisə sentyabrın 10-da saat 10:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinin qarşısında baş verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, 35 həftəlik hamilə qadın xəstəxanaya gətirilərkən doğuş başlayıb. Nəticədə uşaq avtomobildə, xəstəxananın həyətində dünyaya gəlib.
Doğulan qız uşağının çəkisi 2 kiloqram 190 qram, boyu isə 45 santimetr olub.
Hazırda zahı qadının və körpənin vəziyyətinin stabil olduğu bildirilir.





