
Bərdədə 2 yaşlı uşağın ölümü ilə nəticələnən faciə baş verib.
QanunTV.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhəri, M.P. Vaqif küçəsində qeydə alınıb.
Məlumata görə, 2024-cü il təvəllüdlü Ə.M. (ad şərtidir) valideynlərinin nəzarətindən yayınaraq həyətə çıxıb.
Azyaşlı həyətdə ehtiyat su toplamaq məqsədilə istifadə olunan hovuza düşüb. Nəticədə uşaq suda boğularaq həyatını itirib.
Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.





