• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər - ŞƏRH [xfvalue_red]

28 Ekm, 24 - 13:52

Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər - ŞƏRH

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan beynəlxalq hüquqa hörmətsizliyini ən bariz formada nümayiş etdirdi. Belə ki, müxtəlif vaxtlarda mülki obyektlərin, yaşayış məntəqələrinin atəşə tutulması beynəlxalq hüquq normalarının aşkar şəkildə pozulmasıdır.
Oktyabrın 27-də Ermənistanın Bərdəyə hücumundan dörd il keçdi. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı özünün “X” səhifəsində yazıb ki, Ermənistan, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü kimi, ölkəmiz günahsız mülki əhalisinə qarşı ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və hüquqi məsuliyyət daşıyır.
“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kaset sursatları ilə yüklənmiş “Smerç” raketləri ilə bombardman edilməsindən 4 il ötür. Bunun nəticəsində təxminən 30 günahsız mülki şəxs həlak olub, 100-dən çox insan ağır yaralanıb. Ermənistan Respublikası, BCM üzvü kimi Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və hüquqi məsuliyyət daşıyır”, – o qeyd edib.
Xatırladaq ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər - ŞƏRH

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Artıq Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu reallıq bölgədə sülhün təmin olunmasını, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını şərtləndirir.
Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər - ŞƏRH


Bu gün Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün tarixi şərait yaranıb. Tərəflər heç vaxt sülhə bu qədər yaxın olmayıb və bunu hər iki tərəf etiraf edir. İndi əsas məsələ qarşılıqlı etimad mühitinin yaradılmasıdır. Bu baxımdan, rəsmi İrəvanın kifayət qədər şansı var. Məsələn, Bərdə terrorunun araşdırılması buna nümunədir.
Məlum olduğu kimi, BCM beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımlar, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir. Bu baxımdan, Ermənistan hakimiyyətinin Bərdə terrorunu araşdırması və cinayətkarların məsuliyyətə cəlbini tələb etməsi vacibdir. Beləliklə, Ermənistan həm də beynəlxalq hüquqa əməl etdiyini göstərmiş olar.
Bərdə terrorunun arxasında Qarabağdakı keçmiş separatçılar, onların rəhbəri A.Arutyunyan, eləcə də buna razılıq verən Ermənistan hərbi-siyasi rəhbərliyi dayanır. Hökumətin başçısı Nikol Paşinyan isə bunu bilə-bilə Azərbaycanda saxlanılan separatçıları hərbi əsir kimi qələmə verir, onların qaytarılmasını tələb edir. Ermənistan hökumət başçısı zaman-zaman bu və ya digər formada bu məsələyə işarə vurub. Beləliklə, o, bir növ beynəlxalq ictimaiyyət qarşısında xal qazanmağa çalışır.
Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər - ŞƏRH


Aydın məsələdir ki, keçmiş xunta rejiminin bütün nümayəndələri hərbi cinayətkardır və müvafiq formada cəzalanmalıdırlar. Bununla bağlı beynəlxalq hüquqda konkret maddələr, tələblər var.
Maraqlısı budur ki, Ermənistan hakimiyyəti isə terrorçuların qaytarılmasını tələb etməklə bu və ya digər formada Bərdə terroruna şərik olur. Beləliklə, qarşılıqlı etimad mühitinin yaranması və sülh sazişinin imzalanması sual altına düşür.
İki mümkün versiya var. Əgər Bərdə terrorunu separatçı xunta rejimi Ermənistan hakimiyyətinin xəbəri və əmri olmadan törədibsə, onda baş nazir Nikol Paşinyan separatçıları müdafiə etməməli və onların müvafiq qaydada cəzalanmalarını tələb etməlidir. Yox, əgər Ermənistan hakimiyyətinin bu əməldən xəbəri var idisə, onda Azərbaycandan üzr istənilməlidir.
Bu ikisindən biri olmadıqca rəsmi İrəvanın səmimiliyi sual altında qalacaq.
Bundan başqa, Ermənistan Azərbaycana dəymiş maddi və mənəvi ziyana görə təzminat ödəməlidir. Rəsmi Bakı hər an bu məsələni gündəmə gətirə bilər.
Beləliklə, Ermənistanın destruktiv mövqe sərgiləməsi, hansısa şərtlərlə çıxış etməsi üçün şansı yoxdur. Belə davam edərsə, Azərbaycan daha konkret tələblər ortaya qoya bilər. Nəticədə Ermənistan üçün daha çətin durum yarana bilər.(Report)

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Ermənistanın Bərdədə törətdiyi terrordan dörd il ötür
backend
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 il ötür
backend
Hikmət Hacıyev Simonyana cavab verdi
backend
Hikmət Hacıyev Baydenin müşaviri ilə müzakirə APARDI
backend
Gəncə terrorundan 2 il ötür
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 300

XƏBƏR LENTİ

Zəngilan şəhərinin işğaldan azad edilməsindən altı il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2020 Ekm
Aşqabadda Leyla Əliyeva, Oğulcahan Atabayeva və Saida Mirziyoyeva arasında üçtərəfli görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4520 Ekm
Nərgiz Əliyeva – səhiyyə sahəsində məsuliyyətli idarəçilik və insan sağlamlığına xidmət missiyası [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5720 Ekm
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0120 Ekm
Ramin Musayev – Giləzi bələdiyyəsində yerli idarəçilik və ictimai məsuliyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4520 Ekm
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar ödənişsiz avtobuslar təşkil olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3420 Ekm
Tibb elmləri doktoru, professor Yavər Şıxəliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2520 Ekm
Sosial şəbəkələrdə falçılıq adı altında dələduzluq edən şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2120 Ekm
Leyla Əliyeva Türkmənistana səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0720 Ekm
Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5620 Ekm
İsmayıllıda 3 maqnitudalı zəlzələ baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5619 Ekm
“Borussiya Dortmund” Bakıya yola düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5519 Ekm
Bakıda anasını geyiminə görə mübahisə zamanı qətlə yetirən Ayxana 7 il 6 ay həbs cəzası verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5219 Ekm
FHN ötən həftə 149 yanğına müdaxilə edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4719 Ekm
Anar Bayramov səhiyyə naziri təyin edildi – DOSYE [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1419 Ekm
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – Prezidentdən Fərman [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0919 Ekm
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki hərbçi həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0319 Ekm
Trampdan Netanyahuya açıq dəstək: Yenidən seçilməsini istəyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5219 Ekm
Rusiyada MMA döyüşçüsünə atəş açıldı: Vəziyyəti ağırdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4619 Ekm
Bakıda ağır qəza: Bir nəfər həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4219 Ekm
Xırdalanda yaşayış kompleksinin ərazisində baş verən yanğın söndürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2118 Ekm
Türkiyəli narkotik alverçisi Almaniyada xəstəxanadan skuterlə qaçırılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1718 Ekm
“Qarabağ” – “Neftçi” derbisindən sonra 19 nəfər saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0718 Ekm
18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0418 Ekm
Qurban Qurbanov: “Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5818 Ekm
Hikmət Hacıyev azərbaycanlılarla almanların ortaq tarixi yaddaşını əks etdirən filmi paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5618 Ekm
Bakıda gəmidə çalışan dənizçinin üzərindən narkotik aşkarlanıb – məhkəmə hökm çıxarıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5118 Ekm
Bərdə xəstəxanasında huşsuz pasiyenti döyən sanitar işdən çıxarılıb, araşdırma başlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4518 Ekm
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3818 Ekm
Ukrayna millisinin sabiq futbolçusu Roman Maksimyuk müharibədə həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2718 Ekm
Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5917 Ekm
“Qarabağ” – “Neftçi” qarşılaşması bu gün keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5317 Ekm
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 5-ə çatdı, itkin düşənlər var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5117 Ekm
Samuxda ağır qəza: Avtomobil iki hissəyə bölündü, sürücü reanimasiyaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4417 Ekm
Alyona Əliyevadan Anar Hüseynzadənin sərgisindən paylaşım [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4017 Ekm
Rusiya ordusu Donetsk vilayətində daha bir şəhəri nəzarətə götürdüyünü açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3617 Ekm
İmişlidə qoşqulu traktorla “QAZ-53” toqquşdu: Pambıq yola səpələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1917 Ekm
İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0917 Ekm
İsxak Hersoqun Bakıya səfəri ilə bağlı Türkiyədə yayılan iddialara aydınlıq gətirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0317 Ekm
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5917 Ekm
Ürək köçürülən gənc nahardan sonra vəfat etdi: Bir il sonra toyu olacaqdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1516 Ekm
Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,2 milyard manat ayrılması proqnozlaşdırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0816 Ekm
Standarta uyğun olmayan LED işıqlara görə sürücülər 150 manat cərimələnə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0616 Ekm
Xırdalanda məktəbin şüşələrini daşla sındıran şəxs həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0016 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə