
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallı rayonunda şəhid anaları ilə görüşərək onlarla səmimi söhbət edib.
QanunTV.az xəbər verir ki, Anar Ələkbərov görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda şəhidlərimizin əziz və nurlu xatirəsinin dərin ehtiramla yad edildiyi vurğulanıb.
“Şəhidlərimizin əziz və nurlu xatirəsini dərin ehtiramla yad etdik. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə Anar Ələkbərov qeyd edib.
Prezidentin köməkçisi şəhid anaları ilə görüşün xoş və səmimi şəraitdə keçdiyini bildirib. O, göstərilən isti münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.
“İsti münasibətə, göstərilən qonaqpərvərliyə və açılan gözəl süfrəyə görə təşəkkür edirik”, – deyə Anar Ələkbərov paylaşımında əlavə edib.











