
Martın 6-da nun dəstəyi ilə “Mənim oğlum qəhrəmandır!” layihəsi çərçivəsində müqəddəs və münasibətilə tədbir təşkil olunub.
Ramazan ayına təsadüf edən tədbir çərçivəsində iştirakçılar üçün iftar süfrəsi açılıb. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan qəhrəman şəhidlərimizin anaları və ailə üzvləri iştirak ediblər.
Görüş zamanı şəhid ailələrinə diqqət və qayğı göstərilib, onların fədakarlığı və vətən uğrunda canından keçən övladlarının qəhrəmanlığı xüsusi vurğulanıb. İştirakçılar belə tədbirlərin şəhid ailələrinə mənəvi dəstək baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
Qeyd edək ki, tədbir həm müqəddəs Ramazan ayının dəyərlərini, həm də qadınlara göstərilən hörmət və ehtiramı əks etdirən səmimi atmosferdə keçirilib.













