
Türkiyənin İstanbul şəhərində güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Qanuntv.az xəbər verir ki, hadisə nəticəsində itkin düşən 4 nəfərdən birinin sağ tapıldığı açıqlanıb.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi itkin düşən şəxslərdən birinin sağ tapıldığını bildirib. Digər itkin düşənlərin axtarışlarının davam edib-etmədiyi barədə əlavə məlumat verilməyib.





