
Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində baş verən qayıq qəzası nəticəsində itkin düşən ikinci balıqçının meyiti tapılıb.
Qanuntv.az xəbər verir ki, içərisində iki balıqçının olduğu qayıq aşıb. Hadisədən sonra balıqçılardan birinin meyiti dərhal aşkarlanıb, digər şəxsin axtarışları isə dörd gün davam edib.
Axtarış tədbirləri bu gün başa çatıb və ikinci itkin düşən şəxsin də meyiti tapılıb.
Məlumata görə, hadisə ilə bağlı Cənub Nəqliyyat Prokurorluğu tərəfindən yoxlamalara başlanılıb.





