
Bakıda evdən meyit tapılıb.
Qanuntv.az xəbər verir ki, hadisə Binəqədi rayonu, C.Hacıbəyli küçəsində qeydə alınıb.
Belə ki, 52 yaşlı Mübariz Məhərrəm oğlu Cəfərovun meyiti yaşadığı evdə aşkarlanıb.
İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Kateqoriya: Hadisə





