
Şəmkir rayonunda 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində aşkarlanıb.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Məlumata görə, 1983-cü il təvəllüdlü Elman Həsənovun meyitini ilk olaraq qonşusu görüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Hadisənin səbəbləri və ölümün dəqiq səbəbi araşdırma nəticəsində müəyyənləşdiriləcək.





