
Çinin Hunan əyalətində 1000 tondan çox qızıl ehtiyatının olduğu ehtimal edilən nəhəng yataq aşkarlanıb.
Xarici mediaya istinadən xəbər verir ki, yataq Hunan əyalətinin Pinczyan bölgəsində yerləşən Vanqu qızıl sahəsinin altında aşkar edilib. Kəşflə bağlı ilk rəsmi açıqlama 2024-cü ilin noyabrında verilib.
Geoloqlar ərazidə iki kilometrədək dərinlikdə 40-dan çox qızıl damarı müəyyənləşdiriblər. Aparılan kəşfiyyat işlərinin nəticələrinə əsasən, həmin dərinlikdə qızıl ehtiyatlarının təxminən 300 ton olduğu qiymətləndirilir.
Mütəxəssislərin hesablamalarına görə, üç kilometrədək dərinlikdə yatağın ümumi qızıl ehtiyatı 1000 tondan çox ola bilər.
Ehtiyatların yekun qiymətləndirilməsi və hesablamaların təsdiqlənməsi halında Vanqu yatağı dünyanın ən böyük yüksək keyfiyyətli qızıl yataqlarından birinə çevrilə bilər.





