
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 24-də Buxara Müasir İncəsənət Biennalesinin əsərləri ilə tanış olub.
QanunTV.az xəbər verir ki, ilk dəfə 2025-ci ildə keçirilən Buxara Biennalesi Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondu tərəfindən təşkil olunur.
Buxara Müasir İncəsənət Biennalesi qısa müddətdə Mərkəzi Asiyanın mühüm mədəniyyət tədbirlərindən birinə çevrilib.
Hazırda Buxarada ilk Biennale çərçivəsində nümayiş etdirilmiş əsərlərin bir hissəsi yenidən sərgilənir. Ekspozisiyada yerli və xarici sənətkarların 70-ə yaxın əsəri təqdim olunur.
Sərgidə müxtəlif ölkələrdən olan müəlliflərin müasir incəsənətin fərqli istiqamətlərini əks etdirən əsərləri nümayiş etdirilir.
Qeyd edək ki, ikinci Buxara Müasir İncəsənət Biennalesinin 2027-ci ildə keçirilməsi planlaşdırılır.






