
Oktyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin qonaqları ilə birlikdə “Əbədi şəhər” kompleksi ilə tanış olub.
Qanuntv.az xəbər verir ki, “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” mövzusunda keçirilən sammit çərçivəsində baş tutan tanışlıq zamanı Leyla Əliyeva Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın baş nazirinin müavini Dilrabo Mansuri ilə görüşüb.
Görüş zamanı səmimi söhbət aparılıb, iştirakçılar xatirə fotoları çəkdiriblər.










