
Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva arasında üçtərəfli görüş keçirilib.
Qanuntv.az xəbər verir ki, görüşdə iştirak edən tərəflərin bir araya gəlməsi Azərbaycan, Türkmənistan və Özbəkistan arasında humanitar əlaqələrin inkişafı baxımından diqqət çəkir.
Görüşün gündəliyi və müzakirə olunan məsələlərlə bağlı əlavə məlumat açıqlanmayıb.







