
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” mövzusunda Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin açılış mərasimində iştirak edib.
Qanuntv.az xəbər verir ki, beynəlxalq tədbirlər uşaqların rifahının yüksəldilməsi, onların sağlamlığının qorunması və gələcək nəsillərin dayanıqlı inkişafının təmin olunması kimi mühüm məsələlərə həsr edilib.
Uşaq hüquqlarının müdafiəsi, tibbi xidmətlərin əlçatanlığının artırılması və onkoloji xəstəliklərlə mübarizə beynəlxalq əməkdaşlığın vacib istiqamətləri sırasında yer alır.





