
Bakının Sabunçu rayonunda aptekdə mühafizəçi işləyən şəxsin meyiti aşkarlanıb.
QanunTV.az xəbər verir ki, hadisə avqustun 24-də gecə saat 03:00 radələrində Bakıxanov qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 1992-ci il təvəllüdlü Orxan Fariz oğlu Əliyevin üzərində zorakılıq əlamətləri olmayan meyiti mühafizəçi işlədiyi aptekdə tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin səbəbləri və şəxsin ölümünün dəqiq səbəbinin müəyyənləşdirilməsi istiqamətində Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.





