
Ağdam rayonunda müvafiq icazəsi olmadan Ağdam şəhərinə keçmək istəyən şəxs saxlanılıb.
Hadisə rayonun Təzəkənd qəsəbəsində yerləşən polis postunda qeydə alınıb. 40 yaşlı Naib Allahyarov müvafiq icazəsi olmadan Ağdam şəhərinə getmək istəyib.
Polis əməkdaşları ona lazımi icazəsi olmadığı üçün şəhərə keçməsinə imkan verilməyəcəyini və geri qayıtmalı olduğunu bildiriblər. Lakin Naib Allahyarov polis əməkdaşlarının tələbinə tabe olmayaraq postda ucadan nalayiq ifadələr işlədib.
Bununla əlaqədar onun barəsində inzibati protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə Naib Allahyarov 8 gün müddətinə inzibati qaydada həbs olunub.





