
Qanuntv.az xəbər verir ki, sərxoş halda Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə zəng edərək nalayiq ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilib.
Məlumata görə, 1986-cı təvəllüdlü Ç.V 102-yə zəng edərək atasının vaxtilə vəzifədə olmuş şəxs tərəfindən qətlə yetirildiyini və 100 min manat pulunun mənimsənildiyini iddia edib. Bundan başqa, o, digər rayonlarda narkotikin 10 manata, Füzulidə isə 7 manata satıldığı barədə əsassız məlumatlar verib.
Ç.V məhkəmədə əməlini sərxoş vəziyyətdə törətdiyini etiraf edib və spirtli içkinin təsiri altında bu hərəkətinə görə peşman olduğunu bildirib.
Məhkəmənin qərarına əsasən, barəsində protokol (İXM-in 510.1) tərtib edilmiş şəxs 8 sutka müddətinə inzibati qaydada həbs olunub.





