
Əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu bu gün torpağa tapşırılacaq.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.
Bildirilib ki, şairlə vida mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.
Vida mərasimindən sonra Çingiz Əlioğlunun nəşi Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu ötən gün səhər saatlarında vəfat edib.





