
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirib.
Qanuntv.az xəbər verir ki, görüşlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Araqçi, Macarıstanın xarici işlər naziri Anita Orban, Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar, Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan və Pakistanın xarici işlər naziri İshaq Dar ilə bir araya gəlib.





