
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.
Qanuntv.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Görüş zamanı Prezident İlham Əliyev səfirlə söhbət aparıb, Azərbaycan ilə Kolumbiya arasında münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Səfir Nelsi Rakel Munar Xaramiyo fəaliyyət dövründə iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün səylər göstərəcəyini bildirib.










