
Ukrayna milli komandasının və Kiyevin “Dinamo” klubunun sabiq yarımmüdafiəçisi Roman Maksimyuk Rusiya-Ukrayna müharibəsində həlak olub.
Qanuntv.az saytı xəbər verir ki, futbolçu bir ildən artıq müddətdə döyüşlərdə itkin düşmüş hesab edilib. Aparılan DNT testi onun ölümünü təsdiqləyib.
Roman Maksimyuk futbolçu karyerası ərzində Ukrayna futbolunda çıxışları ilə tanınıb. Onun ölümü idman ictimaiyyətində kədər doğurub.





