
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həyatını itirib.
Həlak olan şəxsin Saratov vilayətinin Yerşov rayonundan olan Rəşad Bəymirzəyev olduğu bildirilir.
Məlumata görə, Yerşov rayon administrasiyası onun yaşı, bioqrafiyası və hansı tarixdə həlak olması barədə məlumat açıqlamayıb.
Rəşad Bəymirzəyevlə vida mərasiminin oktyabrın 8-də Yerşov şəhərində, onun yaşadığı evin qarşısında keçirilməsi planlaşdırılır. Həlak olan hərbçinin Azərbaycanda dəfn olunacağı bildirilir.





