
Türkiyənin Bursa şəhərində azərbaycanlı gənc bədbəxt hadisə nəticəsində həyatını itirib.
Qanuntv.az xəbər verir ki, hadisə Bursa şəhərində fəaliyyət göstərən müəssisələrin birində qeydə alınıb.
İlkin məlumata görə, Ağdam rayon sakini, 26 yaşlı Vüsal Nəbiyev işlədiyi müəssisədə dəmirüyüdən aparata düşüb. Aldığı ağır xəsarətlər nəticəsində gənc hadisə yerində həyatını itirib.
Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
Mərhumun nəşi Azərbaycana gətirilib və o, doğma torpağında dəfn olunub.
Qanuntv.az mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.





