
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri ötən həftə ərzində 149 yanğın hadisəsinə çıxış edib.
Qanuntv.az xəbər verir ki, hesabat dövründə, həmçinin köməksiz vəziyyətdə qalma halları ilə bağlı 27, yol-nəqliyyat qəzaları ilə əlaqədar isə 4 xilasetmə əməliyyatı həyata keçirilib.
Əməliyyatlar nəticəsində 8-i azyaşlı olmaqla, ümumilikdə 31 nəfər xilas edilib.
Müxtəlif hadisələr zamanı həyatını itirən 4 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.





