
Şəmkirdə hərbi qulluqçu Orxan Şabanovun ölümü ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu saxlanılıb.
Qanuntv.az xəbər verir ki, hadisə ilə əlaqədar şübhəli bilinən iki hərbçi saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda hadisənin başvermə şəraiti və əsgərin ölüm səbəbləri ilə bağlı istintaq araşdırmaları davam etdirilir.
Qeyd edək ki, Lənkəran şəhərindən olan əsgər Orxan Şabanov 1 il 3 ay hərbi xidmət keçdikdən sonra oktyabrın 13-də xidmət etdiyi hərbi hissədə aldığı güllə yarası nəticəsində həyatını itirib. O, oktyabrın 14-də Lənkəran şəhərindəki qəbiristanlıqda dəfn edilib.





