
Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, qəza Məhəmməd Hadi küçəsində, metronun “Əhmədli” stansiyasının qarşısında saat 16:00 radələrində qeydə alınıb.
Məlumata görə, hadisə zamanı BMW və “Hyundai” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində bir nəfər həyatını itirib.
Hadisənin başvermə səbəbləri barədə əlavə məlumat verilməyib.





