
“Qarabağ” və “Neftçi” komandaları arasında keçirilən futbol oyunu ərəfəsində və qarşılaşmadan sonra insident törətməyə cəhd göstərən 19 nəfər saxlanılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti Oxu.Az-ın sorğusuna cavabında məlumat verib.
Bildirilib ki, saxlanılan şəxslər barəsində aidiyyəti polis orqanında qanunvericiliyə uyğun tədbirlər görülür.





