
Abşeron rayonunun Xırdalan şəhərində orta məktəblərdən birinin şüşələri gecə saatlarında daş parçaları ilə sındırılıb.
Qanuntv.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Bəxtiyar Muradov polis əməkdaşları tərəfindən saxlanılıb və həbs edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.





