
Xırdalan şəhərində yaşayış kompleksinin ərazisində baş verən yanğın tam söndürülüb.
Qanuntv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğının genişlənərək yaxınlıqdakı yaşayış binalarına və obyektlərə yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.







