
Xırdalan şəhərində fərdi yaşayış evində partlayış baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə sentyabrın 14-də qeydə alınıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın əlində qumbara partlayıb.
Partlayış nəticəsində Xədicə Mustafayeva hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq aparılır.
Qanuntv.az





