
Türkiyənin Bartın vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az “TRT Haber”ə istinadən xəbər verir ki, toy qonaqlarını daşıyan mikroavtobus yük maşını ilə toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan 19 sərnişin, o cümlədən üç uşaq, eləcə də hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Beləliklə, hadisə zamanı ümumilikdə 21 nəfər yaralanıb.
Toqquşmanın təsirindən mikroavtobus daha sonra elektrik dirəyinə çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma başlanılıb.





