
Azərbaycanda mühafizə olunmalı həyat təminatlı və mühüm əhəmiyyətli obyektlərin siyahısında dəyişiklik edilib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Bakubus” MMC-nin ikinci deposu mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısından çıxarılıb.
Dəyişiklik müvafiq qərarla təsdiq edilmiş siyahıya tətbiq olunub.
Qeyd edək ki, qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada qüvvəyə minir.





