
Nazirlər Kabineti donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısında dəyişiklik edib.
Qərara əsasən, “Baku Medical Plaza” tibb müəssisəsinə kök hüceyrələrinin transplantasiyasını həyata keçirmək səlahiyyəti verilib.
Bununla yanaşı, donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısında da dəyişiklik edilib.
Yeni qərara əsasən, “Baku Medical Plaza”ya kök hüceyrələrinin götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək səlahiyyəti də verilib.
Qeyd edək ki, qərar səhiyyə sahəsində ixtisaslaşdırılmış transplantasiya xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətli dəyişiklikdir.
Qanuntv.az





