
Ağstafa rayonunda 25 yaşlı gənc bıçaqlanıb.
Hadisə nəticəsində rayon sakini, 2001-ci il təvəllüdlü H.Sadıqov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bıçaqlanmanın hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.





