
Abşeron rayonunun Masazır qəsəbəsində qadına qarşı məişət zorakılığı hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.
Məlumata görə, 65 yaşlı Murad Şükürov (şərti ad) qeyri-rəsmi münasibətdə olduğu, özündən 16 yaş kiçik qadını yaşadıqları evdə əl, yumruq və təpik zərbələri ilə döyüb.
İlkin məlumata əsasən, mübahisəyə səbəb qadının kişinin spirtli içki qəbul etməsinə irad bildirməsi olub. Bu iraddan narazı qalan kişi ilə qadın arasında mübahisə yaranıb və hadisə zorakılıqla nəticələnib.
Hadisə ilə bağlı digər təfərrüatlar barədə məlumat verilməyib.





