
Sosial şəbəkələrdə “falçılıq” və “baxıcılıq” adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı polisə müraciətlər daxil olub.
Qanuntv.az xəbər verir ki, Sumqayıt şəhərində polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq cinayətləri ilə əlaqədar axtarışda olan Emin Əsədov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E. Əsədov barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.





