
Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı minik avtomobili iki hissəyə bölünüb, sürücü ağır xəsarət alıb.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Sərkar kənd yolunda qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Hafiz Həsənovun idarə etdiyi VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil elektrik dirəyinə çırpılıb və güclü zərbənin təsirindən iki hissəyə ayrılıb.
Qəza nəticəsində ağır xəsarətlər alan sürücü xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.








