
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, qəza rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “Chevrolet” və “Mercedes” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarında dayanan “Opel” və VAZ-2106 markalı avtomobillərə çırpılıb.
Nəticədə “Mercedes” markalı avtomobilin 2004-cü il təvəllüdlü sürücüsü Ə. Qasımov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.





