
Xızı rayonunun Sitalçay kəndində qatarın minik avtomobili ilə toqquşması ilə nəticələnən qəzanın təfərrüatları məlum olub.
Qanuntv.az xəbər verir ki, hadisə dəmir yolunun qorunmayan hissəsində baş verib.
Məlumata görə, minik avtomobilinin sürücüsü avtomobil yolu olmayan ərazidən dəmir yolu xəttinin üzərindən keçmək istəyib. Bu zaman qatar avtomobillə toqquşub.
Qəza nəticəsində sürücü xəsarət almayıb. Lakin toqquşma zamanı avtomobilin ön hissəsinə ciddi ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.





