
İrandan Azərbaycana dövlət sərhədini qanunsuz yolla keçən üç Əfqanıstan vətəndaşı saxlanılıb.
Məlumata görə, 22, 23 və 21 yaşlı Əfqanıstan vətəndaşları Astara rayonunda sərhəd-keçid məntəqəsindən kənar ərazidən qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar.
Onlar Azərbaycan sərhədçiləri tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı müvafiq maddə ilə cinayət işi başlanılıb və araşdırma aparılır.





