
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
Qanuntv.az xəbər verir ki, Vladimir Putin Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Rusiya prezidentinin məktubunda Mehriban Əliyevaya doğum günü münasibətilə ən səmimi təbriklər çatdırılıb, ona möhkəm cansağlığı, xoşbəxtlik, rifah və məsul dövlət vəzifəsində uğurlar arzulanıb.
Vladimir Putin məktubunda Azərbaycan Prezidenti İlham Əliyevə və Mehriban Əliyevanın bütün ailə üzvlərinə də səmimi salamlarını çatdırıb.
Təbrik məktubunda deyilir:
“Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və məsul dövləti vəzifənizdə uğurlar arzulayıram. İlham Heydər oğluna və bütün ailə üzvlərinizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.





