
İmişli rayonunda qoşqulu traktorla “QAZ-53” markalı yük avtomobili toqquşub.
Qanuntv.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Cəfərli kəndi ərazisində baş verib.
Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Traktorda daşınan pambıq ətrafa səpələnib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.





