
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda işgüzar səfərdə olan Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi ilə görüş keçirib.
QanunTV.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər yüksəksəviyyəli siyasi dialoqun, qarşılıqlı etimadın və xalqlar arasında dostluq münasibətlərinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.
Tərəflər qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın davam etdirilməsinin, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.







